AŞPA-ya yeni prezident seçildi

Bu vəzifəni Pedro Aqramunt icra edəcək.
Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayıb.42-ciparalel.az-ın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib. Bu vəzifəni artıq ispaniyalı deputat Pedro Aqramunt icra edəcək. P.Aqramunt AŞPA prezidenti vəzifəsində Ann Brösseri əvəz edəcək. Qurum rəhbəri AŞPA-nın bu gün başlayan qış sessiyasının ilk günündə seçilib. Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. P. Aqramunt AŞPA-da fəal parlamentarlardan hesab olunur. Onun namizədliyi AŞPA-nın ən böyük qrupu olan Avropa Xalq Partiyası (EPP) tərəfindən irəli sürülmüşdü.

Pedro Aqramunt
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Pedro Aqramunt bu vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışıb.42-ciparalel.az-ın APA-ya istinadla verdiyi məlumata görə, AŞPA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə də toxunub: "Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. "Dondurulmuş” adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir”. Xatırladaq ki, sessiya yanvarın 29-dək davam edəcək. Gündəliyə Azərbaycanla bağlı iki məsələ salınıb. Bunlardan biri Robert Volterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və digəri isə Militsa Markoviçin hazırladığı "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” layihələridir. Sözügedən məsələlərlə bağlı müzakirələr yanvarın 26-da baş tutacaq.

42-ciparalel.az