• Dünya
  • 25-01-2016, 12:54
  • 333Oxunub

London-Hindistan təyyarəsi Bakıda təcili eniş etdi

{title

Təyyarənin məcburi eniş etməsinə səbəb olan sərnişin dünyasını dəyişib.
 
Londondan Hindistana uçan "Mumbai-Bound Air" təyyarəsi Bakının Heydər Əliyev Hava limanında eniş edib.
42-ciparalel.az-ın məlumatına görə, göyərtəsində 299 nəfərin olduğu təyyarənin təcili Heydər Əliyev Hava limanında enməsinə səbəb göyərtədə bir sərnişinin vəziyyətinin pisləşməsi olub. 
London-Hindistan reysini yerinə yetirən "Boeing Dreamliner (B-787)" təyyarəsi ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından çıxıb və səhər saat 04:00-da MumbayınChhatrapati Shivaji beynəlxalq hava limanına çatmalı idi.
Lakin təyyarə bu gün saat 13:00-da Mumbaya çatacaq.

Boeing Dreamliner (B-787)
Artıq Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş Air India aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub. "Azərbaycan Hava Yolları" QSC-dən 42-ciparalel.az-a verilən məlumata görə, vəziyyəti pisləşən sərnişin keçinib. 
Son dəfə Bakıda təcili eniş ötən ilin may ayında olub. Mayın 21-i yerli vaxtla 11:00-da Bakı-Moskva marşrutu üzrə uçan "Boeing-757" təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsinə görə aeroporta qayıdıb.
 
42-ciparalel.az