Şiə alimin edamına etiraz edən 100 nəfər həbs edildi

İranda Səudiyyə Ərəbistanının səfirliyinə hücum edildiyinə görə kütləvi həbs həyata keçirilib.
İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum etdiyinə görə şübhəli bilinən 100 nəfər həbs olunub.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə ölkənin baş prokurorluğunun nümayəndəsi Hüseyn Mohseni məlumat verib.
O bildirib ki, tutulanların bəziləri sonradan azad edilib. Kütləvi həbsin təfərrüatları barədə detallı məlumat verilməyib.
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə yanvarın 3-də gecə saatlarında hücum edilmişdi. Səfirliyin binası yandırılıb, içəridəki avadanlıqlar sındırılıb.
İki ölkə arasında gərginliyə səbəb şiə alimi Nimr əl-Nimr də daxil olmaqla Səudiyyə Ərəbistanında 47 nəfərin edam edilməsi olub. Edam edilənlər terrorçuluqda şübhəli bilinirdilər. Bundan sonra İranın paytaxtında kütləvi etiraz baş vermiş və bu ölkənin səfirliyinə hücum edilmişdi.

Nimr əl-Nimr - edam edilən şiə alimi

Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum
Daha sonra isə rəsmi Ər-Riyad Tehranla diplomatik əlaqələrini dayandırdığını elan edib. Ardınca isə Səudiyyə Ərəbistanı İranla hava və kommersiya əlaqəsini kəsib, vətəndaşlarına həmin ölkəyə getməyə qadağa qoyub. İransa buna cavab olaraq qarşı tərəfdən məhsulların gətirilməsini yasaqlayıb.
Belə görünür, İran səfirliyə hücum edənləri məsuliyyətə cəlb etməklə bu işdə müəyyən səhvə yol verdiyini etiraf etmək istəyir. Çünki adətən İranda həbslərlə bağlı məlumatlar gizli saxlanılır. Amma baş prokurorluğun 100 nəfərin həbsi ilə bağlı açıqlaması, yəqin, qonşu ölkə ilə olan soyuq münasibətin az da olsa mülayimləşməsinə hesablanıb. Hər halda bu yaxınlaşmanı hər iki dövlətlə strateji tərəfdaş olan, siyasi-iqtisadi münasibətlər quran ölkələr də istəyir. Çünki regionda iki güclü ölkənin, eyni zamanda sünni-şiə qarşıdurmasının olması heç kimə sərfəli deyil.

42-ciparalel.az