• Dünya
  • 29-10-2015, 12:44
  • 196Oxunub

Türkiyədə Cumhuriyyət quruluşunun 92-ci ildönümü qeyd olunur

{title

42-ciparalel.az

Oktyabrın 29-u Osmanlı İmperiyasının xarabalıqları üzərində qurulmuş Türkiyə Cümhuriyyətinin yaranış günüdür.

Ankarada və ölkənin bütün yaşayış məntəqələrində bayram mərasimləri təşkil olunur.

Məlumata görə, Türkiyənin bayram tədbirləri ali dövlət rəsmilərinin Ankarada Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün məqbərəsinin (Anıtkabir) ziyarəti ilə başlayacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz iqamətgahında parlament partiyalarının rəhbərləri və millət vəkillərinin, eyni zamanda, tanınmış ictimai fiqurların iştirakı ilə xüsusi qəbul keçirəcək.