• Dünya
  • 23-01-2016, 22:44
  • 296Oxunub

BMT-dən 15 ölkəyə qadağa: səs verə bilməyəcəklər

{title

BMT-nin 15 üzvü qurumun Baş Assambleyasında səsvermə hüquqlarından məhrum edilib.


 42-ciparalel.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun Baş Assambleyaya məktubda bildirib. Qərar həmin ölkələrin təşkilatın büdcəsinə lazımı ödənişləri ödəməməsi ilə bağlıdır. Onların arasında Venesuela, Dominikan, Vanuatu, Bəhreyn, Mali, Liviya və Marşall adaları var. Venesuela BMT-nin büdcəsinə 3, Dominikan Respublikası isə 2,1 milyon dollar ödəməlidir. BMT baş katibinin məktubunda qeyd edilir ki, ödəmələrin üzv dövlətlərdən asılı olmayan səbəblərə görə gecikməsi müəyyənləşdirilərsə, qadağa ləğv oluna bilər.

Qeyd edək ki, Venesuela BMT Təhlükəsizlik Şurasının 2015-2015-cı illər üçün qeyri-daimi üzvlərindən biridir. Venesuala Latın Amerikasını təmsil edir.

 

42-ciparalel.az