• Dünya
  • 22-01-2016, 17:01
  • 303Oxunub

Qızı doğulan baş naziri Davosdan imtina etdi

{title

Şarl Mişel qızını dünyaya gətirən sevgilisini tək qoymaq istəməyib.
 
Belçikanın baş naziri Şarl Mişel Dünya İqtisadi Forumunun keçirildiyi Davosa səfərini təxirə salıb.
42-ciparalel.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb baş nazirin qızının dünyaya gəlməsidir. Janna adı verilən qız uşağı yanvarın 21-də günün ikinci yarısında doğulub. 
Şarl Mişel vətəndaş nikahında yaşadığı həyat yoldaşı 34 yaşlı Ameli Derbodrenqi doğum zamanı tək qoymamaq üçün Davosa getməkdən imtina etmək qərarına gəlib. 
Belçikalı nazirin ilk nikahdan Maksimilyen adlı 11 yaşlı oğlu da var. 
41 yaşlı Mişel 2014-cü ildə Belçikanın baş naziri təyin edilib. O, ölkənin tarixində ən gənc baş nazir hesab olunur. Bununla belə hökumətə rəhbərlik etdiyi ilk ildən o, sərt iqtisadiyyat təklifinə görə tənqid edilmişdi. Hətta o ictimaiyyət qarşısında çıxışı zamanı qadınların qızardılmış kartof və mayonezlə hücumuna məruz qalmışdı. Şarl Mişelsə tələbə qızların bu addımını gülərək qarşılamışdı.

Feministlər Şarl Mişelin başına qızardılmış kartof töküb.
 

42-ciparalel.az