• Dünya
  • 22-01-2016, 15:49
  • 206Oxunub

İlham Əliyev Davos fəxri üzvlər klubunun nişanını aldı

{title

Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib. 42-ciparalel.az-ın məlumatına görə, dövlət başçısı TOTALşirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb. 
Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Söhbət zamanı "Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


İlham Əliyev və Patrik Puyanne

Dövlət başçısının həmçinin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub. Söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edildi, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulandı. Həmçinin "İpək Yolu”layihəsinə dair məsələlər müzakirə olundu, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında müzakirələr olub. 
Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim edib.


Prezident Klaus Şvab ilə

Davosda həmçinin İlham Əliyevlə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili arasında da görüş baş tutub. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Söhbət zamanı əlaqələrin intensivləşdirilməsi, qarşıya çıxan məsələlərlə bağlı məsləhətləşmələrin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
 
42-ciparalel.az