• Dünya
  • 22-01-2016, 14:44
  • 225Oxunub

Ermənistan blokadadan çıxa bilər

{title

"İran-Ermənistan kəməri yetəri qədər qaz ixracına imkan verir".
 
"Əgər İran və Gürcüstan arasında qaz danışıqları başlasa, Ermənistan bu müzakirələrə qoşulacaq”.
42-ciparalel.az-ın məlumatına görə, bu sözləri Ermənistanın Energetika naziri Yervand Zaxaryan deyib. 
"Erməni tərəfi danışıqları izləyir. Hərçənd Ermənistanın ərazisindən keçən qaz kəməri Rusiyanın "Qazprom" şirkətinə məxsusdur. Amma qaz nəqli ilə bağlı nə İran, nə də ki, Gürcüstan tərəfi hələ ki, qəti qərar qəbul etməyib. Lazımi anda biz müzakirələrə qoşulacağıq”, - nazir bildirib.


Yervand Zaxaryan - Ermənistanın energetika naziri
Onun sözlərinə görə, İran-Ermənistan kəməri yetəri qədər qaz ixracına imkan verir. 
"Hazırkı kəmərlə ildə təxminən 2 milyard kubmert qaz nəql edilir. "Bu qazın 365-370 milyon kubmetri İrəvanda yerləşən elektrik stansiyası üçün nəzərdə tutulur. Həmçinin Ermənistanda 234 KVT-luq iki yeni istilik elektrik stansiyasının tikintisi davam edir. Əgər İran tərəfi ilə bu stansiyalara qaz ixracı barədə razılıq əldə olunsa, kəmərlə "mavi yanacağ”ın həcmi 750-800 milyon kubmetrə qədər artacaq”. 
Gürcüstanla İran arasında qaz danışıqları barədə yanvarın əvvəlində İran "National Iranian GasExports Company” şirkətinin (NIGEC) icraçı direktoru Əli Rza Kamel məlumat vermişdi.
Amma həmin vaxt heç bir nəticə əldə olunmamışdı. Bir müddət əvvəl isə İran-Emənistan-Gürcüstan qaz boru xəttinin çəkilməsi gündəmə gəlmişdi. Bu xətt vasitəsilə İran qazı həttaAvropaya ötürülə bilərdi. SOCAR rəhbərliyi Gürcüstana səfər etdikdən sonra rəsmi Tiflisin Rusiyadan əlavə qaz alacağı dəqiqləşdi. Nəticədə qaz kəmərinin çəkilişi arxa plana keçdi. Kəmərin çəkilişinə 2.2 milyard dollar maliyyə vəsaiti lazımdır. Ermənistanın isə bu kəməri təkbaşına maliyyələşdirməsi üçün pulu yoxdur. 
 
42-ciparalel.az