• Dünya
  • 22-01-2016, 13:22
  • 198Oxunub

İran səfirliyindən meyiti verilməyən körpə ilə bağlı açıqlama

{title

"Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq"
 
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat katibiTəbrizdə vəfat etmiş azərbaycanlı uşaq barədə açıqlama verib.
42-ciparalel.az-ın məlumatına görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Qorqud Dadaşzadənin Təbrizin "Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini bildirib:
"Hər il müxtəlif ölkələr və o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarından olan minlərlə insan müalicə üçün İrana üz tutur və onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq bildirirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır” - deyə Məhəmmədrza Nəcəfi vurğulayıb. 
Cənab Nəcəfi dünyasını dəyişmiş uşağın xəstəxanadakı xərcləri barədə isə qeyd etdi ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hal-hazırda yalnız 3200 manat borc qalıb. 
"Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycanın Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”, - deyə mətbuat katibi əlavə edib.
Azərbaycan vətəndaşı 9 aylıq Qorqud Dadaşzadənin dünən günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yeləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişdiyini və adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə məlumat yayılıb. Hazırda İranda olan uşağın dayısı Qulliyev Aqilin 42-ciparalel.az-a açıqlamasında 3200 manat borcları olduğuna görə həkimlər uşağın meyitinin valdeyinlərinə vermədiyini deyib.
Ailəyə yalnız pulu ödəyəcəkləri təqdirdə uşağın meyitini verəcəklərini bildiriblər.
 
 
42-ciparalel.az