Erməni fəal öz ölkəsinə belə etiraz edir

Hüquq mühafizə orqanları təqsirləndirilən şəxsi əllərində daşıyıblar
Ermənistanın paytaxtı İrəvanda insan hüquqları fəalı Vardqes Qaspari hökümətə qarşı qeyri-adi formada etiraz edib. 42-ciparalel.az-ın məlumatına görə, onun bu cür etirazı bir çoxları tərəfindən maraqla qarşılanıb. İnsan haqları fəalınının evinə gedərək onu məhkəmə iclasına aparmaq istəyən hüquq mühafizə orqanları görünməmiş hərəkətlə qarşılaşıblar. Vardqes Qaspari məhkəmə zalına getməkdən imtina etməsə də, yerə uzanaraq, hüquq mühafizə orqanlarından onu aparmalarını xahiş edib.
Məhkəmə zalına çatdırılan insan hüquqları fəalı orda da yerə uzanaraq etiraz aksiyasına davam edib. Qaspari ona qarşı səsləndirilən ittihamlara qarşı bu cür addım atıb.
Polisi təhqir etməkdə ittiham olunan Qaspari ittihamların siyasi motivli olduğunu bildirir. Qaspari son bir neçə ildə hökumətə qarşı keçirilən etiraz aksiyalarında iştirak edib. O məhkəmə prosesinin getdiyi vaxtda bircə dəfə də olsa ayaq üstə durmayıb. Polislər onu qolarında daşımaq məcburiyyətində qalıblar.

42-ciparalel.az