• Dünya
  • 22-01-2016, 12:47
  • 192Oxunub

Türkiyə parlamentində Öcalanın çıxışı qalmaqal yaratdı

{title

Öcalanın TBMM-də keçirdiyi mətbuat konfransında bu cür çıxışı təxribat kimi dəyərləndirilib.
 
Türkiyədə separatçı Xalqların Demokratiya Partiyasının (HDP) Şanlıurfadan olan millət vəkili Dilek Öcalanın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışı qalmaqala səbəb olub. 42-ciparalel.az məlumatına görə, kürd əslli millət vəkili həbsdə olan terrorçu lider Abdullah Öcalanın həbsdən buraxılmasını tələb edib. 
"Təcili olaraq cənab Öcalanın azadlığına buraxılması üçün ciddi addımlar atılmasını tələb edirik. Biz onun ailəsi kimi onun səhhəti və təhlükəsizliyi barədə heç bir məlumata sahib deyilik. Bu təcridin və özbaşına rəftarın heç bir əxlaqi və hüquqi ölçüsü yoxdur.”
Terrorçu lider Abdullah Öcalanın bacısı qızı Dilək Öcalanın TBMM-də keçirdiyi mətbuat konfransında bu cür çıxışı təxribat kimi dəyərləndirilib. 
Abdullah Öcalan Türkiyədəki separatçı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının təsisçisi və lideridir. 1999-cu ildə Kenyanın paytaxtı Nayrobidə ələ keçirilən Öcalan Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil verilib və Türkiyəyə gətirilib. Türkiyə Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə vətənə xəyanətdə ittiham edilərək edam tələbi ilə mühakimə olunub. Avropa İttifaqı meyarlarına uyğun olaraq edam cəzası ömürlük həbslə əvəz olunub. Hazırda Türkiyədə İmralı adasında fərdi şəkildə həbs həyatı yaşamaqdadır. 
 
42-ciparalel.az