Times: "Onun ölümündə Putinin əli var"

Keçmiş KQB-şnikin ölümündə Rusiya prezidenti günahlandırılır.
Aleksandr Litvinenkonun işi üzrə məruzəsində Rusiya prezidentiVladimir Putinin də adı hallanır.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə Böyük britaniyanın"Times" qəzetində məqalə yazılıb. Britaniyanın Xarici İşlər Nazirliyində keçmiş KQB-şnik Aleksandr Litvinenkonun ölümü ilə bağlı məruzədə Putinin də adı çəkilir.
Aleksandr Litvinenko 2006-cı il noyabrın 23-də Londonda vəfat edib. O, "Millennium” otelinin "Pine Bar”ında dostları saydığı iki keçmiş Rusiya casusu – Andrey Luqovoy və Dmitri Kovtunla görüşdən bir neçə saat sonra özünü pis hiss edib. O, qusma və kəskin ağrı simptomları ilə noyabrın 3-də yaşadığı şimali Londondakı yerli xəstəxanaya qəbul edilib.
Litvinenko ilə görüşmüş iki şəxsdən biri – Andrey Luqovoy
Litvinenkoda radioaktiv zəhərlənmənin əlamətləri var idi. Onun saçları tökülürdü. Lakin həkimlər onu Geyger sayğacı ilə müayinə edəndə, radiasiya qeydə alınmamışdı. O, ağır xəstə idi, lakin heç kim nə baş verdiyini bilmirdi.

Aleksandr Litvinenko - xəstəxanada
Xəstəxanaya qəbul ediləndən iki həftə sonra Litvinenko ambulansla və polisin müşaiyəti ilə mərkəzi Londondakı Universitet Xəstəxanasının (University College Hospital) reanimasiya şöbəsinə gətirilib. Onun ağ qan zərrəciklərinin sayı fəlakətli dərəcədə aşağı olduğundan, belə görünürdü ki, onun immun sistemi tamamilə dağılır.
Get-gedə vəziyyəti daha da pisləşən Litvinenko noyabrın 23-də gözlərini əbədi yumur. Bundan sonra onun həyat yoldaşı Marina Litvinenko ərinin ölümü ilə faktları aşkara çıxarmaq üçün əsl mübarizəyə başlayır. O, bir neçə dəfə bunun sui-qəsd olduğunu sübut etməyə çalışır. Hətta, bu məsələdə Putinin də əli olduğunu iddia edir. Baxmayaraq ki, rəsmi olaraq, Rusiya bu qətl ilə hər hansı bağlılığını inkar edir.

Marina Litvinenko - Aleksandr Litvinenkonun həyat yoldaşı

42-ciparalel.az