• Dünya
  • 22-01-2016, 10:24
  • 153Oxunub

Rusiya qırıcısı belə partladı

{title

Ukrayinka aviabazasında baş verən partlayış nəmalüm şəxs tərəfindən çəkilərək paylaşılıb.
 
İnternetdə Rusiyaya məxsus Tu-95 bombardmançı təyyarəsinin partlayış anını əks etdirən video yayılıb.
42-ciparalel.az-ın məlumatına görə, partlayış 2015-ci il iyunun 8-də baş versə də görüntülər bu günlərdə yayılıb.
Priamuredə Ukrayinka aviabazasında baş verən partlayış nəmalüm şəxs tərəfindən çəkilərək paylaşılıb. Kadrlarından görünür ki, uçuş zolağına endikdən sonra bir müddət yerdə hərəkətə davam edən qırıcı təyyarə birdən partlayır. Dalbadal iki partlayışın alovu bütün uçuş zolağını bir anda işıqlandırır. Hərbi təyyarənin qəfildən baş verən partlayışının səbəbini hələlik öyrənmək mümkün olmayıb. Kadrda müzakirə edən səslərə görə, partlayış vaxtı təyyarəyə kənardan hər hansı bir müdaxilə olmayıb.


Tu-95
Hazırda qəza faktı üzrə Rusiya Hərbi istintaq bölməsi cinayət işini araşdırır. İlkin məlumatlara görə, partlayışa, hava gəmisinin istismarı vaxtı buraxılmış səhv səbəb olub. Həmçinin verilən məlumata görə, uçuşa nəzarət etmiş əməkdaş ekipaja təyyarəni yalnız gəminin alışmasından 39 saniyə sonra tərk etməy əmri verib və hadisə yerinə xilas etmə briqadasını yollamayıb. Hadisə zamanı ekipaj üzvləri ciddi xəsarətlərlə qurtulub.
 Rusiya qırıcısı belə partladı
42-ciparalel.az