• Dünya
  • 22-01-2016, 10:21
  • 151Oxunub

Ölkə prezidenti əlilliyə çıxa bilər

{title

Latviya prezidenti keçirdiyi əməliyyatdan sonra onun bu statusa malik ola biləcəyi qeyd edilir.
 
Latviya prezidenti Raymond Veyonis ürəyində olunan əməliyyatdan sonra əlilliyini rəsmiləşdirə bilər.42-ciparalel.az-ın məlumatına görə, bu barədə Latviyanın Dövlət tibbi komissiyasının başçısı Maris Andersonas xəbər verib.
"Ürəyin klapanı protezlə əvəz edildikdə pasiyentə əlillik nəzərdə tutulur",- deyə Andersonas bildirib. O qeyd edib ki, belə hadisələrdə əlilliyin üçüncü qrupu uyğun hal hesab edilir. Bir müddət əvvəl əməliyyat keçirən Latviya prezidentinin artıq əməliyyatdan sonra ayıldığı barədə xəbər verilib.
Raymond Veyonis - Latviya prezidenti
Ötən gün xəstəxanaya yerləşdirilən Latviya prezidenti Raymond Veyonis təcili olaraq ürək əməliyyatı keçirməli olub. Bir neçə gün bundan öncə vəziyyəti pisləşən prezident xəstəxanaya aparılıb. Həkim müayinəsindən keçən prezidentin ürəyində problem aşkarlanıb. Belə ki, onun ürək klapanlarının yaxınlığında irin olduğu məlum olub. Xəstəliyin ciddiliyini nəzərə alaraq təcili əməliyyat keçirilməsi üçün prezidentin ailəsindən icazə alınıb.

Vəziyyəti pisləşən prezident yanvarın 18-də "Qaylezers” Riqa şərqi klinik xəstəxanasına yerləşdirilib. Prezident aparatından bildirilib ki, onun bu həftəyə təyin olunan bütün iclas və görüşləri təxirə salınıb. Belə ki, prezidentin bu həftə Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü, anım tədbirləri çərçivəsində Azadlıq abidəsini ziyarəti planlaşdırılmışdı.


Latviya xəritədə
2002 - 2003-cü illərdə siyasətə "Yaşıl partiyada” başlayan Raymond Veyonis 2003 - 2011-ci illərdə ekologiya naziri, daha sonra 2014-cü ildə Latviyanın müdafiə naziri işləyib. 3 iyun 2015-ci ildə Latviya parlamenti məclisi tərəfindən prezident seçilib.
 
42-ciparalel.az