• Dünya
  • 21-01-2016, 17:04
  • 239Oxunub

Neft 27 dollardan da aşağı düşdü

{title

İran faktoru "qara qızıl"ın qiymətinə mənfi təsir göstərməkdə davam edir.
 
Dünya birjalarında neftin qiyməti artıq 27 dollardan da aşağı düşüb.42-ciparalel.az-ın məlumatına görə, Nyu-York əmtəə birjasında(NYMEX) WTI markalı neftin bir barrelinin qiyməti 5% ucuzlaşaraq 26,39 dollara qədər enib. Brent markalı neftin bir barelinin qiyməti isə 27,18 dollara düşüb. Dünya birjalarında neftin qiyməti düşməkdə davam edir.
42-ciparalel.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 10:00 üçün Brent markalı neftin qiymətində 1.81% ucuzlaşma qeydə alınıb və hazırda bu neftin bir barelinin qiyməti 28.24 ABŞ dolları təşkil edir. Texas neftinin qiymətində də geriləmə müşahidə olunur – 2.74%. Hazırda Texas neftinin bir bareli 27.68 ABŞ dolları təşkil edir. Azərbaycan nefti "Azərlayt”ın bir barelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 29,91 ABŞ dolları təşkil edir. 

Ötən gündən fərqli olaraq bu gün "qara qızıl”ın qiymətində müşahidə olunan geriləmə Beynəlxalq Valyuta Fondunun 2016-2017-ci illər üçün dünya Ümumi Daxil Məhsuluna (ÜDM) dair açıqladığı proqnozla bağlıdır. Fond hər il üçün göstəriciləri 0,2 faiz aşağı salıb – müvafiq olaraq 3,4% və 3,6%.
Bundan əlavə Beynəlxalq Energetika Agentliyi (BEA) yanvar ayına dair hesabatda 2016-cı ildə neft bazarında təklifin tələbatı üstələdiyinə görə qiymətlərin aşağı olacağını istisna etməyib. Agentliyin proqnozlarına görə, artıq 3 il ardıcıl olaraq təklif tələbatı sutkada 1 milyon barel üstələyəcək.
Həmçinin sərmayəçilər İran neftinin bazara çıxarılmasından narahatdırlar.
Yanvarın 16-sı İran ölkəyə tətbiq edilən bir sıra sanksiyalardan azad olunub. İndi bazar iştirakçıları İranın bir neçə həftə ərzində neft satışlarını sutkada 500 min barel artıracağından ehtiyat edirlər.
İran neftin ucuzlaşmasına görə narahat deyil
 
42-ciparalel.az