Rubldan növbəti antirekord

Bir dollar 84 rubla kimi bahalaşıb.
42-ciparalel.az-ın məlumatına görə, şimal qonşumuzda yarım saat ərzində dollar və avro 4%-ə qədər bahalaşıb. Moskva birjasında dolların məzənnəsi rubl ilə müqayisədə artaraq, 84 rubl təşkil edir.
Avronun məzənnəsinə gəldikdə isə, o 3 rubldan çox artaraq 92,555 rubla çatıb. Bəzi ekspertlər tezliklə dolların 85 rubla, avronun isə 100 rubla satılacağını istisna etmirlər.


Aleksey Kudrin - Rusiyanın sabiq maliyyə naziri
Sabiq nazir onu da qeyd edib ki, rus rublunun aşağı səviyyəyə enməsi Rusiya iqtisadiyyatının cari şəraitə uyğunlaşmasına tez imkan verəcək. Bu, eyni zamanda bir-iki ilə iqtisadiyyatın yavaş-yavaş qalxmasına şərait yaradacaq.
42-ciparalel.az