Dalay Lama xəstəxanaya yerləşdirildi

80 yaşlı dini lider Meyo klinikasında müalicə alır.
Dünyanın tanınmış dini lider Dalay Lama xəstəxanaya yerləşdirilib.
42-ciparalel.az-ın məlumatına görə, 80 yaşlı dini lider prostat vəzindəki problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlər bu yaşda kişilər üçün bunun adi hal olduğunu da vurğulayıblar.
Dalay Lama Minesota ştatının Meyo klinikasında müalicə alır.
XIV Dalay Lama Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideridir. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-ın ali mükafatı sayılan Konqressin Qızıl medalı ilə təltif olunub. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq edib.

Dalay Lama 6 yaşından 25 yaşına qədər qeşe-lharamba ("buddist fəlsəfə doktoru") yüksək alim dərəcəsini alıb.
24 yaşında o Tibetdə yerləşən 3 əsas monastr universitetdə imtahan verib. İmtahan gününün səhərisi Dalay Lama məntiqdən 30 alimə imtahan verib. Günün ikinci hissəsində o, 15 alimlə fəlsəfə haqda disput aparıb. Axşam 35 alim ona monax intizamı və metafizikası haqda suallarla imtahan edib. Dalay Lama 20 000 alim-monaxın iştirakı ilə qeşe-lharamba dərəcəsini alıb.

42-ciparalel.az