Rusiya bahalaşma ilə üz-üzə (FOTO)

Rusiya bazarının 20%-ni türk məhsulları təşkil edirdi.
Rusiyada 2016-cı ilin başlaması ilə tərəvəz məhsullarının qiymətində 20-30% bahalaşma müşahidə olunur.
42-ciparalel.az-ın məlumatına görə, buna əasas səbəb kimi Rusiyanın Türkiyəyə tətbiq etdiyisanksiyalar göstərilir. Belə ki tərəvəz məhsullarına olan təlabat bazarının əsas hissəsini Türkiyənin hesabına ödəyən Rusiya qiymətlərin kəskin qiymət artımı ilə üz-üzə qalıb.
Rekord qimət artımı isə pomidorun qiymətində müşahidə edilib. Kiloqramla satılması nəzərdə tutulan pomidoru artıq ruslar ədədlə almağa məcbur qalıb. Bir ədədi 2 dollara başa gələn pomidor həddindən artıq bahalaşan tərəvəz məhsuludur. Bu baradə Rusiyanın antimonopoliya idarəsinə həddindən artıq şikayətlər daxil olub.
Hal-hazırda Rusiya tərəvəz bazarındakı ehtiyaclar müxtəlif ölkələrin hesabına azda olsa ödənilməyə çalışır. Tomat məhsulunun 60%-ni Türkiyənin hesabına ödəyən, Rusiya bazarının 20%-ni türk məhsulları təşkil edirdi.

1 ədəd pomidor 2 dollar
Əldə edilən son hesablamalara görə, Türkiyə Rusiyaya 2015-ci ilin son 10 ayı ərzində 300 min ton pomidor, 255 min ton sitrus meyvələri, 20 min ton ət və 36 min ton duz ixrac edib.
Bütün bu tərəvəz məhsullarını Kuban , Azərbaycan və İrandan əldə edilə biləcəyini bildirən, ekspertlər bu ölkələrin SSRİ zamanınında tərəvəz ixracatına görə, Türkiyədən sonra ikinci yerdə olduğunu bildiriblər.
Ötən ilin noyabrında Türkiyə Rusiyaya məxsus Su24 təyyarəsini Türkiyə- Suriya sərhədlərində vurduğu üçün iki ölkə arasında vəziyyət kəskin şəkildə pisləşib. Bundan sonra Rusiya Türkiyə məhsullarına, şirkətlərinə və s sanksiyalar tətbiq edib.
Rusiya Federasiyası

42-ciparalel.az