Rusiya hərbçiləri Türkiyə sərhədində

Rusiya Silahlı Qüvvələrinin 100 hərbçisi Suriyada hökumət qüvvələrinin nəzarətindəki Türkiyə ilə sərhəd Qamışlı vilayətinə göndərilib
42-ciparalel.az xəbər verir ki, bu barədə Suriya Koordinasiya Komitəsindən (LCC) məlumat verilib.
Xəbərə görə, Rusiya hərbçiləri Suriyaya məxsus hərbi təyyarə ilə Qamışlıya gətirilib. Buradan isə PYD və Əsəd qüvvələrinin nəzarəti altında 154-cü alaya aparılıb.
Hərbçilərin Əsəd qüvvələrinin nəzarətindəki ərazilərə yerləşdiriləcəyi gözlənilir.
Xatırladaq ki, radar, anti-radar sistemləri və topçu batalyonlarından ibarət 154-cü alay Qamışlı aerodromunu mühafizə edir.
42-ciparalel.az