• Dünya
  • 21-01-2016, 10:14
  • 129Oxunub

Venesuela OPEK-i təcili görüş keçirməyə çağırdı

{title

Neftin qiymətlərinin gələcəkdə düşməsinin qarşısını almağa kömək edəcək fəaliyyətlərin müzakirəsi məqsədilə Venesuela OPEK-i təcili görüş keçirməyə çağırıb.

42-ciparalel.az saytı Reuters agentliyinə istinadən bildirir ki, Venesuela OPEK-dən növbədənkənar görüşün keçirilməsini xahiş edib.

Xatırladaq ki, bu gün neft kəskin ucuzlaşıb. Günorta saatlarında Brent markalı neftin 1 barrelinin qiyməti 28 dollardan aşağı düşüb.

 42-ciparalel.az