• Dünya
  • 20-01-2016, 15:19
  • 286Oxunub

Rusiya hərəkətə keçdi (FOTO)

{title

Rusiya ölkəni kənd təsərrüfatı məhsullarıyla təmin etmək üçün İranla danışıqlara başlayır.
 
Rusiya Federasiyası Türkiyə ilə gərginləşən münasibətlərdən və sanksiyalardan sonra ölkəni kənd təsərrüfatı məhsullarıyla təmin etmək üçün İran İslam Respublikası ilə qarşılıqlı ticarəti artıqmaq barədə danışıqlara başlayır. 42-ciparalel.az-ın məlumatına görə, hər iki ölkə arasında bu gün baş tutacaq danışıqlarda baytarlıq, balıqçılıq və s sahələrdə əməkdaşlıq müzakirə ediləcək. Bu barədə Rusiya federasiyasının Kənd Təsərrüfatı Nazirliyindən məlumat verlib. Belə ki, görüş Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçov və İran Kənd Təsərrüfatı naziri Mahmud Xocati arasında İranın paytaxtı Tehranda baş tutacaq.


Aleksandr Tkaçov Rusiya Kənd Təsərrüfatı naziri
Rusiya FGX-nin məlumatına görə, 2015-ci ildə İrana ixrac edilən məhsulun 3.1% və ya 484.4 milyon dolları ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edib. Bu məhsullar əsasən taxıl və günəbaxan yağı olub ki, onun 91%-i taxılın 5.1%-i isə günəbaxan yağının payına düşür.


İran Kənd Təsərrüfatı naziri Mahmud Xocati
Rusiya ilə Türkiyə arasında vəziyyətin gərginləşməsindən sonra Rusiya Türkiyədən əldə etdiyi məhsulları İrandan gətirməklə əvəz etmək istəyir.
Belə ki, ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhəddində vurlumasından sonra iki ölkə arasında vəziyyət gərginləşib. Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib. Həmin sanksiyalara Türkiyədən gətirilən kənd təsərrüfatı məhsulları da daxildir.
Bundan əvvəl Rusiya İranla süd məhsullarının gətirilməsi barədə danışıqlar aparıb. Hətta Rusiya baytarlıq nəzarəti xidmətinin nümayəndələrinin apardığı yoxlamalardan sonra İranın 4 süd zavoduna liseniziya verilib. İran 20 yanvar 2016-cı il tarixindən etibarən Rusiyaya süd məhsullarının ixracına başlayır.
 
42-ciparalel.az