• Dünya
  • 19-01-2016, 20:12
  • 284Oxunub

Con Kerri: "O videonu görəndə çox əsəbləşdim"

{title

Dövlət katibi 10 ABŞ əsgərinin İran tərəfindən saxlanmasına münasibət bildirib.
 
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri İran tərəfindən 10 ABŞ əsgərinin saxlanması barədə yayılan videogörüntüyə münasibət bildirib.
42-ciparalel.az-ın məlumatına görə, Kerri CNN televiziyasının canlı yayımındakı verilişlərindən birində iştirak edərkən, İran tərəfindən saxlanan və iki ölkənin arasındakı müsbət diplomatik əlaqələr nəticəsində 24 saat ərzində azad edilən ABŞ əsgərləri ilə bağlı yayılan video görüntüyə də münasibət bildirən Kerri, həmin videolara baxanda çox əsəbləşdiyini deyib:
"Mövzunu dərhal iranlı həmkarlarla müzakirə etdik. Məsələnin günahkarı İran Xarici İşlər Nazirliyi, yaxud hökumət deyil. Günahkar "inqilab keşikçiləri"dir. Bundan bir neçə il əvvəl bu hadisə baş versəydi kimin bu hadisəni törətdiyini müəyyən edə bilməzdik. Eyni zamanda nüvə razılaşması çərçivəsində açdığımız bu diplomatık yol olmasaydı, əsgərlər bu qədər asanlıqla azad edilə bilməzdi", - deyə ABŞ dövlət katibi bildirib.
Iranın ABŞ əsgərlərini saxladığını əks etdrən video
İranla nüvə razılaşması və tutulan Amerika əsgərlərinin azad edilməsi arasında heç bir əlaqə olmadığını bildirən Kerri nüvə razılaşmasının çox uzun bir zəhmətin nəticəsi olduğunu bildirdi.
ABŞ rəsmi qurumlarından biri isə açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldığını bildirdi.
Aparılan araşdırmalar çərçivəsində Kuveytdən Bəhreynə gedən iki ABŞ gəmisinin öz ərazisindən çıxaraq İran sularına keçməsinin səbəbləri araşdırılır. 

Küveytlə Bəhreyn arasındakı məsafə xəritədə görünür
Xatırladaq ki, yanvar ayının 13-də Amerika Birləşmiş Ştatları hərbi donanmasının gəmisinə aid 2 qayıq İran İslam Respublikasının hərbçiləri tərəfindən saxlanılıb. Saxlanılan 2 gəmidə ümumilikdə 10 ABŞ əsgəri olub.
Faktla bağlı ABŞ Müdafiə Nazirliyi Pentaqon açıqlama yayıb. Açıqlamada 10 ABŞ əsgərinin ən yaxın vaxtda sərəbst buraxılacağına dair İrandan təminat alındığı bildirilir. Həmçinin Pentaqonun açıqlamasında qayıqlarla Küveyt-Bəhreyn arasında əlaqənin kəsildiyi, texniki nasazlıq səbəbindən qayıqların İran sahillərinə sürükləndiyi bildirilib. 
Hadisə barədə açıqlama verən Ağ ev isə ABŞ hərbçilərinin azadlığa buraxılması üçün rəsmi Tehran danışıqların davam etdiyini bildirib.
ABŞ hərbçilərinin "İran inqilabı keşikçiləri" korpusunun əsgərləri tərəfindən saxlanıldığı və Farsi adasında olduqları bildirilirdi.
Hadisədən bir neçə saat sonra İran mətbuatı amerikalı dənizçilərin tutulması zamanı çəkilən videonu yayıb. Çəkilən kadrlarda görünürdü ki, hərbi qulluqçular dizi üstdə oturaraq əlləri başlarının arxasında durublar. Hadisədən 24 saat keçməmiş İran saxladığı ABŞ əsgərləriniburaxıb.

42-ciparalel.az