"3500 nəfər onun köləsidir"

BMT İŞİD-in İraqda əsirlikdə saxladığı insanların sayını açıqlayıb.
Təxminən 3.5 min insan İraqda İŞİD-in əsirliyində saxlanılır.
42-ciparalel.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İraqa yardım Missiyası və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə hesabatında qeyd olunub.
"İŞİD”in əsirliyində olanlar əsasən yezidi cəmiyyətindən olan qadınlardır. Əsirlikdə həmçinin başqa etnik və dini azlıqların nümayəndələri var” deyə hesabatda yazılıb.

Məlumata görə, 2014-cü il yanvarın əvvəli ilə 2015-ci il 31 oktyabr arasındakı dövrdə İraqda qarşıdurma nəticəsində 19 mindən çox adam həlak olub, 36 min nəfər yaralanıb.
2014-cü ilin yanvarından 3.2 mln adam müvəqqəti köçkün adını alıb ki, onların arasında da 1 milyon məktəb yaşlı uşaq var.
"İŞİD” sistemli və geniş miqyaslı zorakılıqlar, insan hüquqlarına dair beynəlxalq qanunlara zidd əməllər törədir. Bu cinayət əməllərini bir çox hallarda insanlığa qarşı soyqırım adlandırmaq olar" deyə sənəddə qeyd olunur.
Hesabat "İŞİD”in qurbanlarının və şahidlərin sübutları əsasında hazırlanıb.
Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən bu terror təşkilatı 2014-cü ilin yanvarından öz müstəqilliyini elan edib. 2014-cü ilin iyulunda isə xilafət elan edilən İŞİD-in rəhbəri Əbu Bəkr əl-Bağdadi seçilib.
Hələ 2014-cü il 11 iyunda İŞİD Türkiyənin Mosul Baş konsulluğunu ələ keçirərək baş konsul ilə birlikdə 49 adamı ələ keçirmişdi. İŞİD'in baş konsulluq və elektrik stansiyası basqınlarında ümumilikdə 80 türk vətəndaşı girov götürülmüşdü.
2014-cü il 15 iyunda Tikrit şəhərinə hücum edən İŞİD ələ keçirilən 2700 polis məmurundan 1500-nü öldürmüşdü.
2014-cü ilin yayından 2015-ci ilin sentyabr ayına qədər 95 qadın müxtəlif səbəblər üzündən İŞİD terrorçuları tərəfindən öldürülüb. İraqın Mosul şəhərində isə terror qruplaşması tərəfindən ən azı 120 nəfər edam edilib, 350-dən çox şəxs əsir götürülüb.
İŞİD-in cinayətləri və qətlə yetirdiyi insanların dəqiq statistikası məlum olmasa da, bu terror qruplaşmasını insanlığa qarşı yaradılan ən vandal təşkilat adlandırmaq olar. Təəssüf doğuransa, belə qatı cinayətlər törədən, qadınların, uşaqların qanını tökən, dözülməz işgəncələr verən bir terror qruplaşmasının 40-a yaxın ölkədə maliyyə mənbələri, siyasi dəstəkçilərinin mövcud olması faktlarıdır.

42-ciparalel.az