• Dünya
  • 19-01-2016, 16:44
  • 444Oxunub

Planetin ən qoca adamı öldü

{title

Yaponiyada planetin ən yaşlı kişisi dünyasını dəyişib. 
42-ciparalel.az-ın məlumatına görə, onun 113 yaşı olub. Yasuraro Koyde adlı bu ahıl 1903-cü il martın 13-də Yaponiyada anadan olub. Dünyanın ən yaşlı adamı kimi o, ötən ilin avqust ayındaGinnesin Rekordlar kitabına düşüb. Hələ o zaman bildirmişdilər ki, Koyde yaşının çox olmasına baxmayaraq, müstəqil hərəkət edir və eynəksiz qəzet oxuyur.
Yasuraro Koyde ömrünün çox hissəsini Yaponiyanın Naqoyaşəhərində keçirib. O, gənclik illərində dərzi kimi çalışıb. 
Bu ilin əvvəlindən Koyde ürək xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Qərb KİV-lərinin məlumatına əsasən, ümumiyyətlə Yaponiya ölkəsində yaşayan uzunömürlülərə görə tanınır. Orada istər qadın, istərsə də kişilərin çoxu uzunömürlü həyat sürür.
Naqoya, Yaponiya
Koydedən əvvəl dünyanın ən yaşlı adamı türkiyəli Döndü Uzar adlı bir qadın idi. O, ötən il aprel ayında 112 yaşında dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, qadının ölümünə səbəb ürək ritmlərinin pozulması olub. 
Mərhum 1894-cü ildə Trabzon vilayətində dünyaya gəlmişdi. Uzar ölümünə qədər heç vaxt xəstəlikdən şikayət etməyib və həmişə səhhətinə diqqət edib.
Uzarın 4 övladı, 90 nəvə-nəticəsi olub. 


Döndü Uzar - dünyanın ən yaşlı adamlarından biri
 
42-ciparalel.az