• Dünya
  • 19-01-2016, 16:11
  • 241Oxunub

Dəhşətli həqiqət: «İŞİD-in məhvi on illər çəkəcək»

{title

«The Washington Post» yazır ki, siyasətçilər terrorçuların məhvi barədə çox danışırlar, ancaq bu mübarizəyə gedən xərclər, qurbanlara çox toxunmurlar: «15 ildir müharibələrdə olan generallar, admirallar bilirlər ki, uğur asanlıqla qazanılmır. Bu düşmənin məhvi Birləşmiş Ştatlardan daha böyük və uzun müddətli iş tələb edəcək, bunu heç bir siyasətçi etiraf etmək istəmir».

Müəllif yazır ki, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması 2014-cü ilin ortasında sahib olduğu ərazinin 25 faizini itirib, ancaq zəif cəhətlərini kompensasiya etmək məqsədilə innovativ metodlar düşünüblər. Onlar hərəkət trayektoriyalarını gizlətmək üçün tunellərdən istifadə edirlər; super ölçüdə maşın bombaları hazırlayırlar; partlayıcıları buldozerlərə və digər ağır texnikaya yükləyib hədəflərinin üzərinə göndərirlər; kiçik pilotsuz kəşfiyyat qurğuları – dronlar hazırlayıblar; kimyəvi silahlar işlədiblər və sairə.

Üstəlik, ABŞ komandirləri İŞİD-in İraq və Suriyada tutduğu ərazini geri almaq üçün bir sünni qüvvəsi yaratmağın necə çətin olduğunu dərk edib. Sünni tayfa başçıları Birləşmiş Ştatlara, qüvvələrinin burada qalacağına inanmır. ABŞ-ın itki verməməyə çalışması da belə bir fikri gücləndirir ki, Birləşmiş Ştatlar qələbə deyil, qarşısını alma strategiyası yürüdür:

«Daha bir ağrılı təcrübə Pentaqonun 500 milyon dollarlıq təlim və təchizat proqramı olub. Məqsəd Suriya müxalifətini gücləndirmək, onların İD üzərinə hücum bacarıqlarını təkmilləşdirmək idi. Ancaq bu iş iflasa uğradı. Çoxları gəlmədi, gələnlər də cəbhədə məğlub oldu».

 «Daha dərin dərs isə odur ki, Qərb norma və standartlarına uyğun etibarlı hərbi qüvvənin hazırlanması ayların deyil, bir nəslin işidir. ABŞ erkən nəticə əldə etmək istədikcə, ümidsizliyə düçar olur. Siyasətçilər və Amerika ictimaiyyəti bu barədə nə qədər düşünmək istəməsə də, bu münaqişə hələ on illər çəkəcək». 

 42-ciparalel.az