Azərbaycanlı general-mayor "donuz qripi"ndən öldü

Azərbaycanlı general-mayor "donuz qripi"ndən vəfat edib. 42-ciparalel.az-ın əldə etdiyi məlumata görə, hadisə Ukraynada baş verib.
Uzun illərdir bu ölkədə yaşayan və general-mayor rütbəsi daşıyan Namiq (sayt onun soyadını dəqiqləşdirə bilməyib) adlı həmyerlimiz ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun 45-50 yaşlarında olduğu bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, bir müddət əvvəl general-mayorun oğluna da "donuz qripi" diaqnozu qoyulub. Lakin onun həyatını xilas etmək mümkün olub.
42-ciparalel.az