• Dünya
  • 19-01-2016, 13:54
  • 196Oxunub

Moskvada "alo, türk malı satılır" xətti quruldu (FOTO)

{title

Alıcılar marketlərdəki türk mallarından "qaynar xəttə" şikayət edə biləcəklər.
 
Rusların türklərə qarşı hiddəti tükənmək bilmir. Rusiyanın paytaxtı Moskva şəhərində marke tlərdə türk mallarının satılmasının qarşısını almaq üçün qaynar xətt qurulub. 
42-ciparalel.az-ın məlumatına görə, bu qaynar xəttə müştərilən hər hansı bir mağazada türk məhsulları gördükdə zəng vurub şikayət edə bilərlər. Alıcılar mail ünvanına da bu barədə şikayətlərini yaza bilərlər. Bundan başqa şikayətlər İnsan sağlamlığı və istehlakçı haqlarının qorunması xidmətinə də edilə bilinər. 
Rusiya-Türkiyə arasında münasibətlərin gərginləşməsinə səbəb ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Türkiyənin rus "Su-24" təyyarəsini vurması olub. Bundan sonra - 2016-cı il yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, iqtisadi sanksiyalar tədbiq edib, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya həmçinin öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyə də qadağa qoyub.


Rusiya Federasiyasının paytaxtı Moskva
İdxalı qadağan edilən türk məhsulları siyahısına toyuq və hinduşka əti, pomidor, soğan, gül kələmi, xiyar, portağal, mandarin, üzüm, alma, armud, ərik, şaftalı, gavalı, çiyələk kimi kənd təsərrüfatı məhsulları, həmçinin duz və qərənfillər daxil edilib. 
 
42-ciparalel.az