• Dünya
  • 19-01-2016, 12:58
  • 246Oxunub

Çin hökuməti təcili addım atmağa məcbur oldu (FOTO)

{title

Çin iqitisadiyyatı son 25 ilin ən aşağı artım göstəricisinə malikdir.
 
42-ciparalel.az-ın  məlumatına görə, dünyada baş verən iqtisadi böhran, Çin iqtisadi artmına da öz təsirini göstərməkdədir. Ötən ilin hesablamalarına görə, Ümum Daxili Məhsul artım tempi 6.9% olub ki, bu da 1990-cı ildəki, göstəricidən aşağı nəticə hesab olunur.Çin iqtisadiyyatı son 25 ilin ən aşağı artım nəticəsini göstərir.
Çin Xalq Respublikası 2014-cü ildə 7.3% iqtisadi artımla dünyada ikinci yeri tutmasına baxmayaraq, bu ölkə ləngiməkdə davam edən iqtisadiyyatını, məhsul ixracatı və investisayların hesabına deyil, daxili istehlak və xidmət sahələri hesabına yenidən qurmağa çalışır. 
Bütün bunlara baxmayaraq, aşağı düşən iqtisadi temp Çin Mərkəzi Bankını əsas faiz dərəcələrini 2014-cü ildən bu yana 6 dəfə aşağı salmağa vadar edib.
Çinin 2015-ci ildə Beynəlxalq rezervləri rekord həddə 512.6 milyard dollardan 3.33 milyard dollara qədər enib.Bu ölkə dünyanın ən iri enerji istehlakçılarından biri olduğu üçün, fon birjalarında qiymətli kağızların kotirovkalarının enməsi Çində dəfələrlə təşviş yaradır.


Çin Xalq Respublikası
Çin yuanı son dörd ildə ən aşağı səviyyəyə ötən ilin dekabrında enib. Çinin milli valyutasının enməsinə səbəb mərkəzi bankın pul vahidinin yalnız dollar əsasında ölçülməməsi ilə bağlı açıqlamasından sonra baş verib. Bu açıqlamadan sonra yuanın məzənnəsində enmə qeydə alınır.Çin yuanı ötən il dollar qarşısında 9% dəyərdən düşüb.
Beynəlxalq Valyuta Fondu Çin yuanını ehtiyat valyutalar səbətinə daxil edib. Bu barədə qurumun rəhbəri Kristin Laqard məlumat verib. O, deyib ki, yuanı ehtiyat valyutalar səbətinə daxil etmək barədə qərar Çin iqtisadiyyatının qlobal maliyyə sisteminə inteqrasiyasında mühüm mərhələdir. Bu, həm də son illər Çin hakimiyyət orqanlarının ölkənin valyuta və maliyyə sisteminin dəyişdirilməsində nail olduğu yüksəlişin tanınmasıdır.
Bu barədə qərar 2016-cı il oktyabrın 1-də minəcək. 2010-cu ildə ehtiyat valyutalar səbətinə baxılan zaman BVF Çin yuanını bu siyahıya salmaqdan imtina edib. Təşkilat bunu Çin valyutasının həmin vaxt sərbəst istifadəyə dair tələblərə cavab verməməsi ilə əlaqələndirmişdi.
İqtisadiyyatına görə ABŞ-dan sonra dünyada ikinci yerdə olan Çin Xalq Respublikası hələ keçən il BVF-yə ölkənin milli valyutasına ehtiyat statusu vermək barədə müraciət edib.
  42-ciparalel.az