Üç illik fasilədən sonra Pakistanda YouTube qadağası ləğv olunub

42-ciparalel.az saytı Associated Press agentliyinə istinadən xəbər verir ki, Pakistan hakimiyyəti 3 ildən bəri qüvvədə olan YouTube qadağasını ləğv edib. Yanvarın 18-dən etibarən pakistanlılar yenidən YouTube servisinin xidmətlərindən istifadə etmək imkanı qazanıblar. Mənbə onu da qeyd edir ki, hakimiyyət orqanları bundan sonra xüsusi filtrlərin köməyi ilə arzuolunmaz videoçarxların Pakistan ərazisində yayılmasına əngəl olacaqlar. Pakistan məhkəməsi hələ 2012-ci ilin sentyabr ayında YouTube servisindən istifadəni qadağan etmişdi. Buna səbəb həmin saytda «Müsəlmanların məsumluğu» adlı filmin treylerinin nümayişi olmuşdu. Bu treyler müsəlman ölkələrində etiraza və Qərb ölkələrinin nümayəndəliklərinə hücumlara gətirib çıxarmışdı. 42-ciparalel.az