Erməni memar Məkkədə muzey tikəcək

Bu məscidin tikintisi üçün bütün müsəlman ölkələrindən daş gətiriləcək.
Erməni memarı Məkkədə muzey inşa edəcək.
Xarici KİV-lərin məlumatına əsasən, muzeyin əsas binasının tikilməsi üçün daşlar bütün müsəlman ölkələrindən gətiriləcək.42-ciparalel.az-ın məlumatına görə, erməni əsilli fransız memarı, Britaniya Kral Memarlıq İnstitutunun üzvü, Mossessian Architecture”" memarlıq şirkətinin rəhbəri Mişel Mosessyanadıçəkilən şəhərdə baş muzeyin yaradılması üzrə dünya müsabiqəsində qalib gəlib.Londonda yaşayan erməni memara məxsus şirkət Məkkədə "İnam Muzeyi"nin müəllifi olacaq. Bu muzeyin tikintisini bütün müsəlman dünyası səbirsizliklə gözləyir. Muzey Məkkədən 7 kilometr aralıda tikiləcək və İslamın yaranmasının rəmzinə çevriləcək. "İnam muzeyi" 5600 kilometr ərazini əhatə edəcək. Muzeyin qarşısında virtual məscid, audio-video zallar, 3D film nümayişləri və damda bağlar olacaq.

Mişel Mosessyan - erməni əsilli fransız memar
42-ciparalel.az