• Dünya
  • 18-01-2016, 12:48
  • 241Oxunub

Obama fövqəladə vəziyyət elan etdi (VİDEO)

{title

Miçiqan ştatının Flint şəhərində içməli suyun rəngi yerli sakinləri qorxuya salıb.
 
ABŞ-da şəhərlərdən birində sakinlər qəribə hal müşahidə etməyə başlayıblar. İçməli suyun rəngi onları qorxuya salıb. Şikayətdən sonra məlum olub nəinki suda, hətta havada da təhlükəli həddə çirklənmə var.
42-ciparalel.az-ın məlumatına görə, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Miçiqan ştatının Flint şəhərində fövqəladə vəziyyət rejimi elan edib. Buna səbəb kimi isə həmin şəhərdə içməli suyun qurğuşunla çirklənməsi göstərilir.
Obama fəlakətin fəsadlarının aradan qaldırılması üçün federal büdcədən 5 milyon dollar həcmində vəsait ayırıb. 
Birləşmiş Ştatlar prezidenti, Miçiqan ştatının qubernatoru Rik Snayderin Flint şəhərini "fəlakət zonası” elan etmək təklifini isə rədd edib.
Amerika qanunvericiliyinə görə, bu addım, şəhərə daha çox maliyyə axınına yol aça bilər.
İçməli suyun kimyəvi təhlilləri göstərib ki, şəhərdə qurğuşunla çirklənmə hələ ötən ilin oktyabrında aşkar edilib. Bundan əvvəl də şəhərin yüz sakini evlərə verilən içməli suyun qeyri-adi rəng və qoxuya malik olmasından şikayətləniblər.
Flint şəhərinin sakinlərindən bəzilərinin, o cümlədən bir neçə uşağın qanında anomal sayılan qurğuşun aşkarlanıb.
Hazırda mütəxəssislər olayın səbəblərini araşdırır.
 
 
42-ciparalel.az