Moldova yenə ayağa qalxdı: hökumət əleyhinə çoxminlik mitinq

Moldovada on minlərlə insan yenidən küçələrə çıxıb.
42-ciparalel.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı müxalifyönlü «Bizim Partiya»dır.Etirazçılar Kişinyovun mərkəzi küçələrindən parlament binasının önünə qədər yürüş ediblər. Hazırda binanın önündə çadırlar qurulub. Aksiyaçılar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Eyni zamanda, baş nazir postuna Demokrat Partiyasının sədri Pavel Filipin namizəd göstərilməsinə qarşı çıxırlar. P.Filipin namizədliyini Moldova prezidenti irəli sürüb. «Bizim Partiya»nın sədri Renat Usatıy mitinqdə on minlərlə insanın iştirak etdiyini bildirib. Usatıy aksiya iştirakçılarını təxribatlara uymamağa çağırıb. Hazırda Kişinyovun bütün mərkəzi küçələri qapadılıb.Paralel olaraq Sosialist Partiyası, «Həqiqət və ləyaqət» Vətəndaş Hərəkatı da mitinq keçirir. Sosialist Partiyasının sədri İqor Dodon bildirib ki, aksiyada 20 min etirazçı iştirak edir. Hər iki mitinqdə tələblər eynidir.
42-ciparalel.az