• Dünya
  • 17-01-2016, 09:25
  • 113Oxunub

Özbəkistan Qərbdən “korrupsiya pullarını” tələb edir

{title

Daşkənd qərb banklarındakı hesablarda dondurulmuş vəsaitlərin qaytarmağa çalışır.

Özbəkistan hökuməti qərb banklarındakı hesablarda dondurulmuş vəsaitlərin qaytarılması üçün fəal kampaniyaya başlayıb. Banklardakı hesabların dondurulmasına səbəb kimi Özbəkistan prezidentinin ailə üzvlərinin adlarının korrupsiyada hallanması göstərilir. 
42-ciparalel.az-ın məlumatına görə, Özbəkistan höküməti ABŞ ədliyyə nazirliyinə məktub yollayıb. Məktubda bildirilir ki, hakimiyyət iri korrupsiya sxeminin qurbanı olub və indi banklardakı pulları geri qaytarmaq istəyir. Məktubda o da qeyd olunur ki, ölkədə böyük telekommunikasiya şirkətlərindən rüşvət alınıb, buna görə də onları leqqallaşdıranlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.
GülnarəKərimova-Özbəkistan prezidentinin qızı Maraqlısı isə odur ki,məktubda bir yerdə də olsun, prezidentin qızı Gülnarə Kərimovanın adı çəkilməyib. Halbuki, araşdırmalar zamanı əsas şübhəli məhz o göstərilirdi. Özbəkistan hakimiyyəti iddia edir ki, ölkə bəzi sahibkarlar tərəfindən törədilən cinayətlərin qurbanı olub. Lakin onların arasında Gülnarə Kərimovanın adı yoxdur. Siyahıda adı yer alanlar Rüstəm Madumarov, Bahadır Erqaşev, Qayane Avakyan və başqaları olub. Məlum məsələdir ki, bu şəxslər Gülnarə Kərimovaya çox yaxın insanlardır. Bu barədə "L'Hebdo" həftəlik jurnalına isveçrəli jurnalist Francois Pilet açıqlama verib. Özbəkistan ədliyyə naziri tərəfindən imzalanmış məktubun surətini əldə edən jurnalist "Ata Kərimov şahzadə qızının qənimətini qaytarmağa cəhd edir” adlı məqalədə yazır ki, bu fənd Özbəkistan hökuməti tərəfindən atılmış çox ağıllı addımdır. Hazırda ABŞ və bir sıra Avropa ölkələrində, o cümlədən Özbəksitanda korrupsiya ilə əlaqədar təhqiqatlar davam edir. Bu ölkələrin bir sıra banklarında həbs olunmuş hesablarda "özbək işi” fiqurantlarına məxsus, ümumilikdə 1 milyard dollardan artıq pulun saxlanıldığı güman olunur.
Özbəkistan Qərbdən “korrupsiya pullarını” tələb edir
Amerika banklarında saxlanan bu pulların taleyini həll etmək üçün ABŞ Ədliyyə Nazirliyinin məmurları, prezidentin qızı Gülnarə Kərimova da daxil, bu iş üzrə bütün şübhəli Özbəkistan vətəndaşlarına sorğu göndərilib.

42-ciparalel.az