Çin ABŞ-dan xam neftin ilk partiyasını aldı

"O, neftin növü, neftin qiyməti və tədarükün detalları barəsində informasiya verməyib”, - deyə Reuters yazıb.
"Amerika neftinin ixracı dünya bazarı üçün pozitiv xəbərdir və Asiya-Sakit Okean regionun öz ehtiyatlarını şaxələndirməyə imkan verir”, - deyə mənbə əlavə edib.
Treyderlər qeyd edirlər ki, neftin cari dünya qiymətləri nəzərə alınsa, ixrac ABŞ-a əlavə mənfəət gətirməyəcək.
Qeyd edək ki, China Petroleum and Chemical Corporation (Sinopec) şirkəti Çində PetroChina şirkətindən sonra ən böyük enerji şirkətidir. Şirkət neft və qazın geoloji kəşfiyyatı, emalı, neft-kimya, neft və qazın nəql edilməsi ilə məşğul olur.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama son 40 ildə ilk dəfə olaraq bu ölkədə neft ixracına qadağanı ləğv edib.