O, Putinin qızları kimi sirlidir... - Fotolar

Rusiya mətbuatı ölkənin ən varlı və sirli subay iş adamının fotolarını əldə edib. "Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 20 yaşlı, çeçen əsilli Deni Bajayev atasının yol qəzasında ölümündən sonra "Qrup Alyans” şirkətinin sahibi olub. Onun sərvəti 500 milyon dollar dəyərindədir. O, Moskva Beynəlxalq Əlaqələr Universitetinin tələbəsidir. Deninin ölkə prezidenti Vladimir Putinin qızları kimi icimaiyyətə qapalı həyat tərzi var. Sosial şəbəkələrdən istifadə etmir, şəkillərini isə heç bir yerdə paylaşılmasına icazə vermir. Hətta qohumları Bajayevlı bağlı sualları cavabsız qoyurlar. Deni Rusiyada subay xanımların ən arzuladığı ər olsa belə, çeçen adət-ənənlərinə uyğun olaraq o, yalnız öz millətindən olan xanımla ailə həyatı qurmalıdır.
42-ciparalel.az