• Dünya
  • 15-01-2016, 11:14
  • 226Oxunub

Rusiya ağır epidemiya ilə üz-üzə

{title

Yeni ildən sonra Rusiyada qripdən 10 ölüm hadisəsi qeydə alınıb.
 
Rusiya ağır qrip epidemiyasının astanasındadır. 42-cipalel.az-ın məlumatına görə, yeni ildən sonra Rusiyada qripdən 10 ölüm hadisəsi qeydə alınıb.
Bu barədə Rusiya Qrip Elmi Təhqiqatlar İnstitutunun direktor müavini Lyudmila Çıbalova həyacan təbili çalıb. Lyudmila Çıbalovanın sözlərinə görə, belə vəziyyət onu göstəririr ki, bu il Rusiyada epidemiya ağır olacaq.
 
Rusiya ağır epidemiya ilə üz-üzə
Qrip virusu
Eyni zamanda həkim qeyd edib ki, bütovlükdə ölkədə qrip üzrə yoluxuculuğa qarşı mübarizə aparmaq olar. Epidemiya artıq Volqoqrad, Rostov-na-don və Krasnodar vilayəti üzrə geniş vüsət alıb. Oralarda əhalinin 60% qriplə xəstələnmə virusuna tutulub. Xəstəliyin belə coğrafiyası bununla izah olunur ki, keçmişdə cənub sakinləri qriplə az xəstələnirdilər və buna görə onlarda ona qarşı immunitet yoxdur.

Keçən il Rusiyanın 59 şəhərində qrip virusuna yoluxanların sayı 30 milyon nəfər təşkil edib. Ötən illərlə müqayisədə bu göstərici 36,7 faiz artıb. Xəstəlik bütün yaş qruplarında, o cümlədən 0-14 yaş arası olan uşaqlarda müşahidə olunur. 7-14 yaşlı uşaqlar arasında qrip virusuna yoluxanların sayının qəflətən artması Privoljye, Şimal-qərb və mərkəzi əyalətlərdə qeydə alınıb.Qrip epidemiyasının sürətlə yayılması ilə əlaqədar Rusiyada 1000-dən çox məktəb bağlanıb.
 
Rusiya ağır epidemiya ilə üz-üzə
 
Rusiya ərazisi xəritədə
 
42-ciparel.az