Turistlərlə dolu avtobus aşdı: 14 ölü, 27 yaralı

Yaponiyada turistləri daşıyan avtobus qəzaya uğrayıb, nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb.
42-ciparalel.az "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixido Suqa bildirib. "41 sərnişindən 14-ü ölüb, 27 nəfəri müxtəlif xəsarətlər alıb”, deyə o bildirib. Məlumata görə, turistləri daşıyan avtobus Naqanodakı dağ-xizək kurortuna yollanırmış. Qəza Naqano və Qumma prefekturalarının sərhədində baş verib. Avtobus qarşı yola çıxıb və yol kənarındakı hasarı uçuraraq aşıb. Polis qəzanın səbəblərini araşdırır. 42-ciparalel.az