• Dünya
  • 14-01-2016, 17:15
  • 263Oxunub

Türkiyədə şok xəbərdarlıq: 81 vilayətdə terror təhlükəsi

{title

Terrorçular təyyarə və gəmi qaçırmaq, mitinqlərdə terror aktı törətməklə bağlı təlimatlandırılıblar.

 

Türkiyənin Daxili İşlər Nazirliyi dəhşətli xəbərdarlıq edib. Xəbərdə ölkənin 81 vilayətində terror törədiləcəyi barədə məlumat yer alıb.
42-ciparalel.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə ölkənin Daxili İşlər və Təhlükəsizlik Nazirliyi biri əcnəbi vətəndaş olmaqla, Suriyadan Türkiyəyə gələn İŞİD üzvü olduğu deyilən 4 terrorçunun axtarışlarına başlayıb. Məlumatda bildirilir ki, həmin terrorçular Türkiyədə təyyarə və gəmi qaçırmaq, eləcə də keçirilən mitinqlərdə dəhşətli terror aktı törətməklə bağlı təlimatlandırılıb.
Terrorçuluqda ittiham olunan şəxslər ələ keçməmək üçün saxta ad və şəxsiyyət vəsiqələri əldə ediblər. Türkiyə Daxili İşlər və Təhlükəsizlik Nazirliyi mediada həmin terrorçuların əsl kimliyini paylaşaraq vətəndaşlara bu şəxslərdən hər hansı birini görərsə dərhal polis orqanlarına xəbər vermək barədə müraciət edib. 
 
Türkiyədə şok xəbərdarlıq: 81 vilayətdə terror təhlükəsi
 
Axtarışda olan terrorçular
Ölkənin baş polis idarəsi 81 vilayətdə təhlükəsizliyin təmin edilməsi üçün artıq gücləndirilmiş iş rejiminə keçib. Aparılan xüsusi əməliyyatlar zamanı Şərqi və Cənub-Şərqi Anadolubölgəsindən çoxlu sayda kustar üsulla hazırlanmış bombaların aşkar edilməsi terror təhlükəsinin hər an baş verə biləcəyi ehtimalını artırır.
 Son günlər ərzində bir-birinin ardınca insan ölümlərinə yol açan terror hadisələri baş verib. Təkcə dünən ölkənin Diyarbəkirvilayətində baş verən terror hadisəsi zamanı biri körpə olmaqla 5 nəfər ölüb, 39 nəfər yaralanıb. Hadisəni PKK terroçuları törədib. 
Yanvarın 12-də İstanbuldaSultan Əhməd meydanında terror aktı törədilib. "Canlı bomba” tərəfindən törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Terror hadisəsi zamanı ölənlərin hamısı milliyyətcə alman olub.
 
Türkiyədə şok xəbərdarlıq: 81 vilayətdə terror təhlükəsi
 
Sultan Əhməd meydanındakı terror hadisəsi
 
 
42-ciparalel.az