Şimon Peres infarkt oldu

92 yaşlı keçmiş prezident əməliyyat olunub.
İsrailin keçmiş prezidenti Şimon Peres ürəyində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. 42-ciparalel.az-ın TASS-a istinadən verdiyi məlumata görə, keçmiş prezident sinə nahiyəsində şiddətli ağrılarla həkimə müraciət edib.
92 yaşlı prezidentin infarkt keçirdiyi və əməliyyat olunduğu bildirilir. Təl-Əviv yaxınlığındakı xəstəxanalardan birində əməliyyat olunan prezidentin vəziyyəti hazırda qənaətbəxşdir. Bu barədə mətbuata açıqlamanı eks-prezidentin sözçüsü Ayelet Friş verib.

Təl-Əviv - xəstəxana
Keçmiş prezident 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. O, İsrailin sayca 9-cu prezidenti olub. O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. "Avod" (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb.
2007-ci il iyunun 13-də isə Ş.Peres İsrail prezidenti seçilir. O, ilk turda Knessetdə 120 millət vəkilinin 58-nin səsini toplaya bilir. İkinci turda digər iki namizədin öz namizədliklərini geri götürməsindən sonra Peres İsrail prezidenti seçilir.
2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.

42-ciparalel.az