Obamanın nümayəndəsi Azərbaycandan sonra Ermənistana getdi

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Ermənistanın xarici işlər naziri ilə görüşüb.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz KapçanAzərbaycandan sonra Ermənistana səfər edib.
42-ciparalel.az-ın məlumatına görə, amerikalı rəsmini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qəbul edib. Çarlz Kapçanla görüşdə Amerika-Ermənistan əlaqələrinin hazırki və gələcək inkişaf perspektivlərindən danışılıb.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Ermənistanın Amerika ilə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Çarlz Kapçan qarşıya qoyulmuş məqsədə çatmaq - azad, firavan və təhlükəsiz, eyni zamanda qonşularla sülh şəraitində olan Ermənistanın mövcudluğunu təmin etmək baxımından möhkəm və çoxşaxəli əlaqələrin inkişafı yollarını müzakirə etməkdən məmnun olduğunu söyləyib.

Çarlz Kapçanın Edvard Nalbandyanla görüşü
Beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparan hər iki ölkə rəsmisi ikitərəfli münasibətlərdə gündəlik cərəyan edən məsələləri də müzakirə edib. Terrorizmlə mübarizə mövzusuna toxunan tərəflər münaqişələrin həllində Ermənistanın mövqeyindən də danışıblar.
Edvard Nalbandyanla Çarlz Kapçan Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunublar. Nalbandyan Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu ilə birgə səylərini davam etdirdiyini vurğulayıb.
Yanvarın 13-də isə ölkəmizdə səfərdə olan ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı Azərbaycan Prezidenti İlham Əliyev qəbul etmişdi.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafından, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından danışılmışdı. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də önə çəkilmişdi.
Həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmişdi.

Çarlz Kapçanın İlham Əliyevlə görüşü
42-ciparalel.az