• Dünya
  • 14-01-2016, 13:56
  • 294Oxunub

Eks prezidentin "oğlu" Obamanın evini qarət etmək istədi (FOTO)

{title

Oğrunun "anası" isə aktrisa Merilin Monrodur.
 
 
Vaşinqtonda Barak Obamanın itini oğurlamaq istəyən şəxsi həbs ediblər. 

42-ciparalel.az-ın məlumatına görə, 49 yaşlı Skot Stokert ABŞ prezidenti Barak ObamanınPortuqaliya cinsindən olan Bo adlı iti ilə maraqlanıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları Stokertin planından xəbərdar olublar. Skot "Hampton Inn” otelinə daxil olan zaman tutulub. 

O, amerikalı polis əməkdaşlarına bildirib ki, İsa peyğəmbərdir. Valideynləri isə aktrisaMerilin Monro və ABŞ-ın 35-ci prezidenti Con Kennedidir. O hətta prezidentliyə namizəd olmaq istədiyini də bəyan edib. 
 
Eks prezidentin "oğlu" Obamanın evini qarət etmək istədi (FOTO)
 
Bo və Barak Obamanın qızı 
Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Skot Stokertin maşınından tüfəng, 350-yə yaxın güllə, polis dəyənəyi və maçeta aşkar ediblər.
 
Eks prezidentin "oğlu" Obamanın evini qarət etmək istədi (FOTO)
 
ABŞ prezidenti Barak Obamanın ailəsi və Bo 

Bo adlı it Ağ evdə 2009-ci ildən yaşamağa başlayıb. İt "Bo, amerikalı baş komandan cilovda” kitabının qəhrəmanı da olub. 2013-cü ildə ailə Bo kimi eyni cinsdə olan daha bir iti saxlamağa başlayıb. Heyvanın adını Sanni qoyublar. 

 
42-ciparalel.az