• Dünya
  • 14-01-2016, 13:08
  • 300Oxunub

İndoneziyada terror: ölü və yaralılar arasında azərbaycanlı yoxdur (FOTO, VİDEO)

{title

XİN Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmağı tövsiyyə edib.
 
 
"İlkin məlumata əsasən Indoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur". Bu barədə 42-ciparalel.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycan respublikasının İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

"Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır".

İndoneziyanın paytaxtı Cakartada bir neçə partlayış baş verib. 

42-ciparalel.az-ın məlumatına görə, Cakartanın bir neçə yerində 6 güclü partlayış və silahlı hücum qeydə alınıb. Xarici KİV-lərin verdiyi məlumata əsasən, hadisə nəticəsində azı 6 nəfər ölüb, onlarla insan xəsarət alıb. Ölənlərinin sayının artacağı deyilir. Həlak olmuşlardan üçünün polis əməkdaşı, üçünün isə dinc vətəndaş olduğu bildirilir. 

Terror aktının kim tərəfindən törədildiyi məlum deyil. İlkin məlumata əsasən hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən təşkil olunub. Terrorçular böyük ticarət mərkəzini, insanların çox olduğu yerləri və bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklə
rinin yerləşdiyi əraziləri hədəfə alıblar.
 Hadisədən görüntülər

 

 
42-ciparalel.az