• Dünya
  • 14-01-2016, 12:06
  • 283Oxunub

Lotereyada 1,5 milyard dollar uddular

{title

Həm ağ şarların nömrələri, həm də "Powerball” nömrə üst-üstə düşüb

 


Amerikanın ən böyük "Powerball” lotereyasının təşkilatçıları bəyan ediblər ki, uduşlu bilet ölkənin Kaliforniya ştatında satılıb.

42-ciparalel.az xəbər verir ki, məlumata görə, uduşlu bilet Los-Ancelesin ətrafında yerləşən Çino Hillsdə əldə edilib.

Qeyd edilir ki, həmin biletdə olan nömrələr həm ağ şarların nömrələri, həm də Powerball - qırmızı şarda olan nömrə ilə uyğun gəlib.

Bildirilib ki, daha 12 biletdə 5 nömrə uyğun gəlsə də, qırmızı Powerball çıxmayıb.

Qeyd edək ki, lotereya keçirilən gün uduş məbləği rekord həddə - 1,5 milyard dollara çatmışdı.

Uduş kombinasiyası isə 08, 27, 34, 04 və 19 rəqəmli 5 ağ və 10 rəqəmli qırmızı "Powerball” şarından ibarət olub.
 
 
42-ciparalel.az