Rus polisini öldürən azərbaycanlıya ömürlük həbs

Polis kapitanını öldürən Xəlil Sarıyev Moskva Şəhər Məhkəməsinin qərarı ilə məhkum edilib
42-ciparalel.az RİA Novostiyə istinadən verdiyi məlumata görə, Xəlil Sarıyev xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını öldürdüyünə görə azadlıqdan məhrum edilib. Bu barədə məhkumun vəkili Roman Pavlov məlumat verib. Moskva Şəhər Məhkəməsi 49 yaşlı azərbaycanlını ömürlük həbsə məhkum edib.
"Məhkəmə hüquq mühafizə orqanı əməkdaşının qanuni fəaliyyətinə mane olmaq üçün həyatına qəsd etdiyindən Sarıyevi günahkar bilərək RF CM-in 317-ci maddəsi ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası kəsdi”, - deyə vəkil bildirib.

Xəlil Sarıyev - rus polis kapitanını öldürən azərbaycanlı
Tədqiqatçıların məlumatına görə, Xəlil Sarıyev 2014-ci il aprelin 6-da Moskvada cinayət törətməkdə şübhəli bilinən Hüseyn Xəlilov da daxil olmaqla bir neçə nəfərlə birlikdə mənzildə olub. Məhz Xəlilovun tutulması istiqamətində əməliyyat axtarış tədbiri keçirmək üçün həmin ünvana gələn polisləri isə Sarıyev tüfənglə qarşılayıb.
"Sarıyev qarşısında polis əməkdaşını gördükdə onu qətlə yetirmək niyyətilə Karabin tipli ov tüfəngindən azı iki atəş açıb”, - deyə cinayət işində qeyd olunub.
Aldığı güllə yarasından polis kapitanı 31 yaşlı Sergey Jadobkin hadisə yerində dünyasını dəyişib. Rusiya prezidenti həmin polis kapitanını ölümündən sonra "Cəsurluq” ordeni ilə təltif edib.
Xəlil Sarıyevsə günahsız olduğunu və bunu özünümüdafiə məqsədilə etdiyini bildirib. Hökm hələlik qüvvəyə minməyib və 10 gün ərzində qərardan apelyasiya şikayəti verilə bilər.
Bundan əvvəlki məlumatlarda isə hadisədən sonra qətli törədən Xəlil Sarıyevin özünü ayağından yaraladığı bildirilmişdi. Həmin vaxt onunla birlikdə Moskvada çoxlu sayda cinayət törətdiyi iddia olunan dəstə üzvləri saxlanılmışdı. Həmin dəstənin üzvləri Moskvada iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər.
MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis polkovniki Əkbər Yusifov dəstə üzvlərindən ikisinin Azərbaycan vətəndaşı olduğunu açıqlamışdı: "Qətli törədən Xəlil Mirzə oğlu Sarıyev Azərbaycanda doğulsa da, Rusiyavətəndaşı olub. Digər iki nəfər isə Azərbaycan vətəndaşıdır. Onlar Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramin Vidadi oğlu, Kürdəmir rayon sakini, 1975-ci il təvəllüdlü Xəlilov Hüseyn Xalid oğludur. Dəstə üzvlərindən olan bir nəfər qadın isə 1991-ci il təvəllüdlü Belarus vətəndaşıdır".
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi açılmışdı.

Sergey Jadobkin - öldürülən polis kapitanı
42-ciparalel.az