Angela Merkel: Avropa Komissiyası miqrant mövzusunu Ankara ilə müzakirə etməlidir

42-ciparalel.az
Yaxın Şərqdən Avropaya axın edən miqrantlarla bağlı problemin həllində Türkiyə müstəsna rola malikdir. Bunu Almaniya kansleri Angela Merkel bildirib.
"Avropa Komissiyası miqrant mövzusunu Ankara ilə müzakirə etməlidir. Bu, çox vacibdir. Almaniya da bu danışıqlarla aktiv şəkildə iştirak edəcək", - deyən kansler, Balkan yarımadası istiqamətindən Avropaya daxil olan və "hazırda çətin şəraitdə yaşayan minlərlə insana yardım etmək" istədiyini vurğulayıb.
Onun sözlərinə görə, miqrant axınını tənzimləmək problemin həlli baxımından çox vacibdir.