• Dünya
  • 13-01-2016, 17:17
  • 280Oxunub

Türkiyədə “donuz qripi”nə yoluxanların sayı 463 nəfərə çatıb.

{title

42-ciparalel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi "donuz qripi” şübhəsi ilə xəstəxanalara 2905 xəstənin müraciət etdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, müraciət edənlərin 463-ündə H1N1 virusu aşkar edilib. Həmçinin virusa yoluxanların arasında digər ölkələrin vətəndaşlarının olduğu da bildirilib.

Xatırladaq ki, bu günə kimi Türkiyədə 14 nəfər "donuz qripi”ndən ölüb.
 
42-ciparalel.az