Ukraynada yerli hakimiyyət orqanlarına seçkilər keçirilir

42-ciparalel.az
Ukraynanın paytaxtında seçkilər normal qaydada keçir. Yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə 18:00) olan məlumata görə, ciddi pozuntular qeydə alınmayıb.
Kiyev şəhər dövlət administrasiyası qərargahının rəhbəri Vladimir Bondarenko məlumat verib. Onun sözlərinə görə, saat 16:00-dək 222 qanun pozuntusu haqqında xəbər daxil oldu. Onların əksəriyyət təşviqat materiallarının yerləşdirilməsinə aiddir. V. Bondarenko onu da bildirib ki, seçiciləri pul gücünə ələ almaq üçün 12 cəhd qeydə alınıb.
"OPORA” vətəndaş şəbəkəsi isə yerli seçkilərdə səsvermə günündə seçki qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hadisə qeydə alıb. Bu haqda "OPORA”-nın parlament seçki proqramlarının əlaqələndiricisi Olqa Ayvazovskaya məlumat verib.
O. Ayvazovskaya seçki qanunvericiliyinin pozulması halları haqqında söhbət açaraq vurğulayıb ki, belə hallar bütün ölkə üçün səciyyəvidir. O bildirıb ki, "OPORA” 948 pozuntu qeydə alıb.
Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında isə bildirilir ki, yerli vaxtla saat 15:00-dək milis seçicilərin pul gücünə ələ alınması cəhdləri ilə bağlı 36 fakt qeydə alıb.