• Dünya
  • 13-01-2016, 12:51
  • 316Oxunub

İran ABŞ-dan üzr tələb etdi

{title

"Amerikalı dənizçilər İranın ərazi sularına daxil olub".
 
İran ABŞ-dan onun ərazi sularına müdaxilə etdiyi üçün üzr tələb edir.

42-ciparalel.az-ın  məlumata görə, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Əli Fadavi Con Kerri ilə söhbəti zamanı deyib. "ABŞ-dan olan dənizçilər İranın ərazi sularına daxil olub və bu səbəbdən ABŞ üzr istəməlidir”, - deyə Fadavi bildirib. 

Onun sözlərinə görə, ötən gün ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin iki kateri İranın ərazi sularına daxil olub və 40 dəqiqə manevr edib. Hərbi kateri görən İran dənizçiləri onu saxlayıblar. 
 
İran ABŞ-dan üzr tələb etdi
 
Əli Fadavi - İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri 

Amma ABŞ tərəfi hərbçilərin neytral sularda saxlanıldığını iddia edir. Pentaqon rəsmisi hadisədən sonra açıqlama verərək Tehranla danışıqlar aparıldığını deyib. Saxlanılanlardan biri qadındır. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. "İran rəsmiləri ilə əlaqəyə keçmişik. Hərbçilərimizin təhlükəsiz və yaxşı olduğuna dair bizə məlumat verildi. Dənizçilərimizin yollarına qısa zaman ərzində davam etmələrinə icazə veriləcəyinə dair təminat aldıq". 

Hadisədən sonra İran xarici işlər naziri Cavad Zərifin amerikalı həmkarı Con Kerriyə saxlanılan 10 əsgərin azadlığa buraxılacağına dair təminat verdiyi bildirilirdi. 

Pentaqonun mətbuat katibi Piter Kuk bildirib ki, katerlər Küveyt sularından keçməklə Bəhreynə gedirdi. Kukun sözlərinə görə, katerlərdə texniki problemlər olduğu üçün onlar istiqamətlərini müəyyən edə bilməyiblər. 

Dekabrın 30-da isə İran ABŞ-a məxsus "Harri Trumen” aviadaşıyıcısı Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olduğu vaxt raket atışı təliminə başlamışdı. İranın elit hərbi bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") ABŞ hərbi gəmisindən təxminən 1.4 kilometr məsafədə döyüş raketlərindən atəş açıb.
 
Bundan başqa, atəş açılan ərazidə Fransa freqatı, ABŞ-ın "Buckley" esminesi və kommersiya gəmiləri olub. İran Hərbi-Dəniz Qüvvələri radio vasitəsilə atəş açmaq niyyəti barədə məlumat verərkən ABŞ gəmiləri "beynəlxalq dəniz dəhlizində” olub. Xəbərdarlıqdan sonra bir neçə idarəolunmaz raket buraxılıb.
 
42-ciparalel.az