ABŞ-da qadınlar baş örtüyünə keçdi

Amerikalı qadınlar bu addımlarını Qərbdə baş örtüyünə qarşı olanlara cavab verməklə əsaslandırıb.
20 ildir baş örtüyü taxan və hazırda ABŞ-da yaşayan müsəlman qadın Edina Lekovic bildirib ki, hər kəs özünü digərlərinin də yerinə qoymağı bacarmalıdır və qadınların istəyinə göz yummamalıdır: "Ona görə də biz 4 nəfər qadın öz istəyimizi və arzularımızı bu cür ifadə etməyə qərar verdik. Sosial şəbəkə vasitəsilə keçirdiyimiz sorğuda ilkin olaraq qadınların baş örtüyü taxmasına münasibətin necə olduğunu öyrənməyə çalışacağıq".