Daşkənd meriyası Yeni ili evdə keçirməyə səsləyir

Özbəkistan paytaxtının sakinlərinə Yeni il bayramını restoran və kafelər əvəzinə evdə keçirmək tövsiyə edilib.
"Podrobno” xəbər agentliyinin verdiyi məlumata görə, meriya Daşkəndin 2 milyonluq əhalıisini ailə bayramı olan Yeni ili evlərində, doğmaların çevrəsində keçirməyə çağırıb.
Meriya rəsmilərindən biri bu xəbəri təsdiqləyərək deyib ki, Yeni il axşamı onsuz da bütün başqa idarələr kimi restoranlar da bağlı olacaq.
Bohodir Qoibjanov deyib ki, özbəklərə heç bir məhdudiyyət qoyulmur, sadəcə olaraq bayram axşamı restoranlara ehtiyac yoxdur.
Bununla belə, agentlik xəbər verir ki, müəssisə və ya şirkət bayramlarının keçirilməsi üçün otel restoranları açıq olacaq.
"Podrobno” agentliyi bunu da xəbər verir ki, ölkənin üçüncü böyük şəhəri olan Səmərqənddə əyləncə tədbirlərinə 400 iştirakçı limiti qoyulub və bütün bayram tədbirlərinin saat 23.00-dək qurtarması göstərişi verilib.
Özbəkistan bu bölgədə bayramların qeyd edilməsini məhdudlaşdıran yeganə ölkə deyil.
Ötən il Tacikistanda bir nəfər ölkənin ictimai yerlərdə ad günləri keçirilməsi qadağanını pozduğuna görə cərimə edilib.
Amirbek İsayev adlı şəxs, onun ad günü fotoları Facebook-a çıxandan sonra "zibilə düşüb”.
Hakim fotolardan birində tortun Amirbekin üzünə təsadüfən çırpılmasına dair ofisiantın izahatını rədd edib.